ÜRƏK-GÖBƏYİNİ SALMAQ
ÜRƏK QIZDIRMAQ
OBASTAN VİKİ
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Ürək... Ürək...
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Ürək
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə, südlü çörək və ya şirin çörək — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Etimologiya == Bu un məmulatı Ağdam-Füzuli və Qəbələ ləhcələrində külçə, Aranda şirin çörək, Naxçıvan və Qubada tıxma, Bakıda isə südçörəyi adlanır.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Ürək... Ürək... (film, 1976)
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Alp Ürək
Alp Ürək və ya Alp Ürək bəy (türk. Alp Yürek, Alp Yürek Bey; Rum Səlcuqlu dövləti – 1280) — Çobanoğullarının 3-cü bəyi (hökmdarı). == Hökmdarlığı (bəyliyi) == Hökmranlıq dövrünün qısa olduğu və bu dövrdə Bəylikdə əhəmiyyətli bir inkişaf olmadığı düşünülür. Bu susqunluğun səbəbi kimi, Çobanoğulları bəyliyinin Kösedağ Döyüşündən sonra Anadolunun yeni hakimi Elxanilərə tabe olması, heç bir problem yaratmadan və vergi ödəməyi qəbul etməsi misal kimi göstərilə bilər. Alp Ürəyin nə zaman və necə öldüyü bilinməsə də, qaynaqlarda şəhid kimi anıldığına görə savaşda öldüyü qəbul edilə bilər. Ondan sonra dövlətin başına oğlu Yavlak Arslan keçmişdir.
Bənövşəyi ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Cəsur ürək
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. == Məzmun == Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Süni ürək
Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər. Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat.
Ürək (insan)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Ürək qlikozidləri
Ürək qlikozidləri — bitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikazidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə ərait yaradır. Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar.
Ürək tutması
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı. Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar. Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Aorta qapağının daralması Aorta qapağının çatışmazlığı İkitaylı qapağın daralması İkitaylı qapağın çatışmazlığı Perikardit Taxikardiya Arterial hipertenziya İnfarkt Kardiogen şok Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur.
Ürək astması
Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir. Ürək astması bronxial astma ilə oxşar simptomlara malikdir, lakin iltihab mənşəli olmaması ilə fərqlənir. Ürək astmasının ən çox görülən əlamətləri ürək çatışmazlığı əlamətləri olan bir xəstədə hırıltı, öskürək və ya nəfəs darlığı (əsasən gecə və ya yatarkən) olur. Əlavə əlamətlərə stetoskopla eşidilə bilən köpüklü və ya sulu bəlğəm və ağciyərlərə su yığılması daxildir. Ağır hallarda xəstə gecə bir neçə dəfə nəfəs darlığı, dəri rənginin dəyişməsi və qanlı bəlğəm epizodları ilə qarşılaşa bilər. Ürək astmasının əsas səbəbləri ürəyin, xüsusən də sol tərəfin qanı səmərəli və effektiv şəkildə vura bilməməsi nəticəsində ağciyər damarlarına mayenin mümkün geri axınından qaynaqlanır. Ürəkdə maye yığılması, qanın oksigenləşməsini təmin etmək üçün ağciyər venoz sistemindəki təzyiqə artan tələblər qoyan normaldan daha yüksək təzyiq sistemi yaradır.
Ürək transplantasiyası
Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya). Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir. Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir. Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi. Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.
Satqın ürək (hekayə)
Satqın ürək (ing. The Tell-Tale Heart) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1843-ci ildə The Pioneer nəşriyyatında nəşr edilmişdir.
Sevdi ürək (albom)
Sevdi ürək – Azərbaycan müğənnisi Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun studiya albomu. Alboma 15 mahnı daxildir. Sevdi ürək Xalq artisti Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun 2005-ci ildə birgə təqdim etdikləri video-CD albomudur.

Digər lüğətlərdə